AZ

Xalq şairi Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

Aprelin 8-də Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Turan Balabilgə Akademiyası”nın prezidenti Şəmil Sadiq Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı ilə görüş keçirib.

Demedia.az xəbər verir ki, görüş zamanı Şəmil Sadiq Sabir Rüstəmxanlının ölkəmizin, eləcə də türk dünyasının ictimai-siyasi, ədəbi-mədəni həyatındakı səmərəli fəaliyyəti və xidmətlərindən söz açıb. 
Şəmil Sadiq qeyd edib ki, Sabir Rüstəmxanlı uzun illərdir türk dünyasının mənəvi birliyinin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən görkəmli ziyalılardandır. O, həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə türk xalqları arasında mədəni və ideoloji bağların güclənməsinə mühüm töhfələr verib. 

Seçilən
12
demedia.az

1Mənbələr