Köçəryan Ermənistanın hazırda tarixin ən problemli və hər kəsdən asılı dövrünü yaşadığını vurğulayıb. Xüsusilə Rusiya ilə olan obyektiv asılılığın nəhəng olduğunu qeyd edib. Eks-prezident Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın Ermənistan üçün fəlakətli olacağını bildirib. O xatırladıb ki, Ermənistanın xarici ticarət dövriyyəsinin 35-40%-i Rusiyanın payına düşdüyü halda, Rusiya üçün bu rəqəm cəmi 0,3% təşkil edir.
Köçəryan hakimiyyəti kənd təsərrüfatını və iqtisadiyyatı məhv etməkdə ittiham edərək bildirib ki, gələcəkdə Paşinyan administrasiyası "itkilər qarşılığında müstəqillik qazandıq" kimi saxta tezislərlə xalqa müraciət edəcək.
Robert Köçəryanın fikrincə, Ermənistanın hazırkı yolu real suverenlik deyil, bütün istiqamətlərdə strateji itkilərdir.