AZ

Ukraynada enerji atəşkəsi: Diplomatik həll mümkündür?

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb.

O, açıqlamasında deyib ki, Rusiya enerji sektoruna hücumları dayandırmağa hazırdırsa, Ukrayna da eyni şəkildə cavab verməyə hazır olacağıq. Amerikalılar vasitəsilə belə bir təklif Rusiya tərəfinə çatdırılıb.

Rusiya-Ukrayna müharibəsinin enerji və atəşkəs təklifləri fonunda diplomatik yolla həlli mümkündürmü?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kamran Məmmədli bildirib ki, Zelenski tərəfindən səsləndirilən bu təşəbbüs, xüsusilə enerji infrastrukturu üzərindən qarşılıqlı hücumların dayandırılması ideyası diplomatik baxımdan müəyyən müsbət siqnal kimi qiymətləndirilə bilər:

"Lakin bu cür təkliflər adətən tərəflər arasında minimum etimadın formalaşdırılması və daha geniş danışıqlara zəmin yaratmaq məqsədi daşıyır. Əgər Rusiya bu təklifi qəbul edərsə, bu, münaqişənin müəyyən aspektlərində gərginliyin azalmasına və humanitar vəziyyətin qismən yaxşılaşmasına səbəb ola bilər".

Kamran Məmmədli: Tərəflər yalnız öz mövqelərini gücləndirdikdən sonra danışıqlara daha real maraq göstərə bilərlər

Onun sözlərinə görə, ümumi mənzərəyə baxdıqda, bu təşəbbüsün müharibənin taleyini köklü şəkildə dəyişəcəyi ehtimalını artırmır:

"Çünki həm Ukrayna, həm də Rusiya hazırkı mərhələdə strateji və siyasi baxımdan geri addım atmaq niyyətində deyillər. Müharibə artıq təkcə hərbi deyil, eyni zamanda geosiyasi və prinsipial xarakter alıb və tərəflər bunu öz milli maraqları və təhlükəsizlik konsepsiyaları ilə birbaşa əlaqələndirirlər".

K.Məmmədli hesab edir ki, enerji sektoruna dair atəşkəs isə daha çox taktiki xarakter daşıyır:

"Bu, müəyyən sahədə qarşıdurmanı yumşalda bilər, amma genişmiqyaslı sülh razılaşması üçün yetərli deyil. Hazırkı tendensiya onu göstərir ki, tərəflər yalnız öz mövqelərini gücləndirdikdən sonra danışıqlara daha real maraq göstərə bilərlər. Çünki hazırda heç bir tərəf geri çəkilməyə hazır deyil və kompromis üçün siyasi iradə kifayət qədər formalaşmayıb".

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
bakivaxti.az

1Mənbələr