AZ

Putin özündən özünə şikayət edir Ordu normal geyimlə təmin olunmur

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya öz silahlı qüvvələrini Rusiyada istehsal olunan forma və tekstil məhsulları ilə təmin etməkdə çətinlik çəkir. 

"Bu sahədə görülməli olan işlər hələ də yerinə yetirilməyib".

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski ilə görüşdə deyib.

Qubernator qeyd edib ki, əvvəllər vilayətdəki tekstil fabrikləri bağlansa da, indi "yüksək texnologiyalı istehsal" yaranır. O, həmçinin İvanovo vilayətində tekstil sənayesində iki investisiya layihəsinin yarandığını bildirib.

Putinin fərmanına əsasən, Rusiya 2026-cı il yanvarın 1-dən etibarən silahlı qüvvələr üçün xarici tekstil məhsullarının alınmasını qadağan edir. Bu, təkcə formalara deyil, həm də yataq dəstləri də daxil olmaqla məişət əşyalarına aiddir. Bundan əlavə, təchizatçıların istehsal müəssisələri ölkə daxilində yerləşməlidir. Putin həmçinin 2027-ci ildən başlayaraq formalar üçün yalnız Rusiya parçalarından istifadə edilməsini tələb edir. Bundan əvvəl ordunun ehtiyacları üçün tekstil məhsullarının 30%-ə qədəri xarici istehsalçılardan alınıb.

Qeyd edək ki, Rusiya ordusunda üst və alt geyim çatışmazlığının olduğu dəfələrlə hərbçilər və “Z-bloqerlər” tərəfindən etiraf olunub. Əsgərlər tez-tez bu geyimləri öz pulları ilə almağa məcbur olduqlarından gileylənirlər.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr