AZ

Tofiq Əliyev və Mixail Malkin Portuqaliyada keçirilən Avropa çempionatının finalına yüksəliblər

Azərbaycanın tamblinq üzrə millisinin üzvləri Portuqaliyada keçirilən Avropa çempionatında finala yüksəliblər.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Təmsilçilərimizdən Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) fərdi yarışlarda həlledici raunda vəsiqə əldə ediblər.

Həmçinin tamblinq üzrə komanda hesabında da Azərbaycan final mərhələsində çıxış edəcək.

Seçilən
15
1
far.az

2Mənbələr