AZ

Tıxacda təhlükə yaradan sürücü şikayətçiyə hücum çəkdi: “Əcəb edirəm” VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Azadlıq prospektində bir neçə avtomobilə təhlükə yaradan sürücü kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərərək məlumat verib. Hadisə aprelin 7-də saat 13:44 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, tıxacda bir neçə saniyə qabağa düşmək istəyən 90-CU-226 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola, ardınca isə ən sol zolağa keçərək digər nəqliyyat vasitələrini sıxışdırıb və qəza şəraiti yaradıb.

Şikayətçinin sözlərinə görə, o, hadisədən dərhal sonra sürücüyə siqnal verərək iradını bildirib. Lakin qarşı tərəfin reaksiyası aqressiv olub.

Videodan aydın görünür ki, sürücü əvvəlcə əl işarəsi ilə narazılığını ifadə edir, daha sonra avtomobilindən düşərək şikayətçinin üzərinə gedir. İzləyicinin iddiasına əsasən, o, “Əcəb edirəm” deyərək cavab verib.

Qeyd edək ki, mövcud qaydalara görə, sürücü zolaq dəyişərkən digər hərəkət iştirakçılarına yol verməli və qəfil manevrlərlə onların hərəkətinə maneə yaratmamalıdır. Həmçinin nəqliyyat axınının içində avtomobili saxlayaraq mübahisəyə qoşulmaq əlavə risk yaradır və digər sürücülərin hərəkətini də məhdudlaşdırır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr