AZ

"Çelsi"nin futbolçusu Argentina klubuna keçə bilər

"Çelsi"nin futbolçusu Alexandro Qarnaço karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "River Pleyt" argentinalı vingerin xidmətində maraqlıdır. Bu barədə "TyC Sports" məlumat yayıb.

Buenos Ayres klubu Qarnaçonu icarəyə götürməyi planlaşdırır. "Milyonerlər" artıq 21 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Klubu gənc futbolçunu icarəyə verməyə isti yanaşır.

Qeyd edək ki, "Çelsi" Alexandro Qarnaçonu mövsümün əvvəlində "MançesterYunayted"dən 46 milyon avroya transfer edib. Argentina millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
14
1
sportal.az

2Mənbələr