Bakı. Trend:
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentininrəhbəri Zamirə Ədilova vəzifəsindən azad edilib.
Trend xəbərverir ki, bu barədə o özü sosial media hesabında paylaşım edib.
"Əziz dostlar, həmkarlar,
Bu gün TƏBİB-də son iş günüm idi.
Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlarvə birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər birhəmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkküredirəm.
Dəyərli komandamın hər bir üzvünə isə göstərdikləri fasiləsizsəylərə, nizam-intizamlarına və uğurlu fəaliyyətinə görə sonsuzminnətdaram!
TƏBİB-dən gözəl xatirələrlə ayrılıram və hər bir həmkarımagələcək fəaliyyətində uğurlar arzulayıram.
Media mənsubu həmkarlarıma isə dəstəkləri üçün dərin ehtiram vəsevgilərimi çatdırıram!
Görüşənədək".
Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2022-ci ildətəyin olunub.