AZ

Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək? - VİDEO

Bakıya yağan normadan artıq yağışdan sonra kollektor üzərində tikilən evlər məsələsi gündəmə gəlib. Bir ev sökülsə də, hazırda yağış kollektorlarının üzərində tikilən daha nə qədər evin taleyi sual altındadır. Bəs, bu problemi necə həll etmək olar?

Bakıvaxtı.az xəbər verir ki, “Baku TV” bununla bağlı süjet hazırlayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya, yağış kollektorlarının mühafizə zolağında, üzərində 1600-ə yaxın tikili mövcuddur:

“Bu səbəbdən də xətlərin üzərində inşa edilən tikililərin yaratdığı yüklənmə, eləcə də xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəzalar baş verir. Bu qəzaları baş verən anda aradan qaldırmaq mümkün olmur. Çünki hər hansı qazıntı işləri aparılacağı təqdirdə tikililər həyati təhlükəyə səbəb ola bilər”.

Daha ətraflı süjetdə:

Seçilən
9
6
bakivaxti.az

7Mənbələr