AZ

“Barselona” Rafael Leaonu transfer edə bilər

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

İspaniyanın “Barselona” komandası İtaliya təmsilçisi “Milan”ın futbolçusu Rafael Leaonu transfer edə bilər.

AZƏRTAC “Goal” nəşrinə istinadla xəbər verir ki, portuqaliyalı hücumçu klub rəhbərliyi ilə problem yaşayır. Buna görə “Milan” 2019-cu ildən bəri komanda heyətində 80 qol vuran Leaonu bir neçə aparıcı Avropa klubuna təklif edib. Bu klublar arasında “Barselona” ön sırada yer alır.

Bildirilib ki, “Milan” Leaonu təxminən 50 milyon avroya sata bilər. Halbuki onun müqaviləsində 170 milyon avroluq sərbəstqalma maddəsi var.

“Barselona” rəhbərliyi futbolçunu uzun müddətdir izləyir. Klub daha əvvəl də onu transfer etmək istəyib. Amma qiymət çox yüksək olduğundan keçid baş tutmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
azertag.az

3Mənbələr