AZ

Qalib Qasımov vəzifəsindən azad edildi

Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan İcması Aparatında kadr dəyişikliyi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Aparat rəhbəri Qalib Qasımov başqa iş təklifini qəbul etdiyi üçün öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qərbi Azərbaycan İcmasının “Facebook” hesabında qeyd edilib ki, Qalib Qasımov bundan sonra da İcmanın Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək.

Seçilən
3
13
hafta.az

10Mənbələr