AZ

İspaniyada kirayəçilər aksiyaya hazırlaşırlar

Bakı. Trend:

İspaniyada kirayəçi birlikləri ölkənin iri daşınmaz əmlakşirkətlərindən biri olan "Alquiler Seguro"nun qanunsuz üsullarlaqazanc əldə etdiyini iddia edərək, ölkə üzrə bütün kirayəçiləri“kirayə ödəməmə aksiyası”na qoşulmağa çağırıblar.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, kirayəçi birliklərinin daxil olduğukonfederasiyanın açıqlamasına görə, şirkətin qanunazid tətbiqlərinəqarşı ilk milli kirayə tətilini təşkil etmək üçün kampaniyabaşladılıb.

Xüsusilə Madrid və Barselona kimi iri şəhərlərdə kirayəçilərinillərdir haqsız ödənişlərə məcbur edildiyi vurğulanıb. Bildirilirki, kirayə müqavilələri zamanı iki-üç aylıq kirayə məbləğinə çatanvasitəçi haqları, eyni qrupa aid şirkətlər vasitəsilə məcburisığorta və əlavə ödənişlər, mənzil baxımındakı çatışmazlıqlar vəhətta mənzilə baxış üçün 200 avroya qədər tələb olunan ödənişlərkimi hallar geniş yayılıb.

Açıqlamada qeyd olunub ki, bu aksiya ölkə üçün bir ilk olacaq vəkirayəçilər təşkilatlanaraq buna qoşulacaqlar.

Digər tərəfdən, İspaniyanın İstehlak Nazirliyi adıçəkilənşirkəti 3,6 milyon avro məbləğində cərimələyib. Qərara əsasən,şirkət həm cərimə ödəyəcək, həm də kirayə prosesində sui-istifadəkimi qiymətləndirilən maddələri aradan qaldıracaq.

Qeyd edək ki, İspaniya Avropa İttifaqında (Aİ) mənzilqiymətlərinin ən çox artdığı ölkələrdən biridir. 2025-ci ilindördüncü rübündə ölkədə mənzil qiymətləri illik müqayisədə 12,9%artıb, bu da Aİ üzrə orta göstəricidən (5,5%) xeyli yüksəkdir.

Məqalədə:
Seçilən
45
2
az.trend.az

3Mənbələr