“Napoli” rəhbərliyi komandanın baş məşqçisi Antonio Kontenin İtaliya milli komandasına keçəcəyi halda onun mümkün əvəzləyicilərinin siyahısını müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
Məlumata görə, Konte komandadan ayrılsa, Neapol klubu əsas namizədlər kimi Vinçenso İtalyano və Enzo Mareskanı nəzərdən keçirəcək. Eyni zamanda idman direktoru Covanni Mannanın siyahısında Daniele De Rossi və Fabio Qrossonun da adları yer alır.
56 yaşlı Konte 2024-cü ilin iyulundan “Napoli”yə rəhbərlik edir və onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Cari mövsümdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 43 oyun keçirib, 25 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 11 məğlubiyyət alıb.