AZ

Prevo İsrailin davam edən zərbələri ilə əlaqədar Livana dəstəyini ifadə edib

Belçikanın Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo İsrail tərəfindən davam edən hücumlarla əlaqədar Beyruta həmrəyliyini ifadə edərək vurğulayıb ki, ABŞ və İran arasındakı atəşkəs razılaşması Livana endirilən zərbələrin dayandırılmasını da əhatə etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prevo "X" sosial şəbəkəsində yazıb.

"Livan hakimiyyətinə tam dəstəyimizi nümayiş etdirmək və İsraillə "Hizbullah" arasındakı şiddətli münaqişədən zərər çəkən ailələrlə dərin həmrəyliyimizi bildirmək üçün bu gün Beyruta gəldim. Mən rəsmi atəşkəs danışıqlarına başlamaq təklifinə görə prezident (Livan prezidenti Cozef Aun- red.) Aunu təqdir etdiyimi bildirməyimdən bir az əvvəl, İsrail heç bir xəbərdarlıq etmədən hərbi əməliyyatlar başlayandan bəri ən kütləvi zərbələrdən birini endirdi...", - paylaşımda bildirilib.

Prevonun sözlərinə görə, o, nümayəndə heyəti ilə birgə Beyrutdakı səfirlikdə, raketlərin düşdüyü yerdən cəmi bir neçə yüz metr aralıda olub. "Bu, dayandırılmalıdır. ABŞ, İsrail və İran arasındakı atəşkəs razılaşması Livanı da əhatə etməlidir!", - o vurğulayıb.

 

 

Seçilən
16
3
bakivaxti.az

6Mənbələr