AZ

Kanye Uestə görə festival ləğv edildi

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

London şəhərində keçirilməsi planlaşdırılan məşhur "Wireless Festival 2026" ləğv olunub.

Axşam.az xəbər verir ki, buna səbəb amerikalı reper Kanye Uest (Ye) üçün Birləşmiş Krallıqa girişin qadağan edilməsidir. Bu barədə tədbirin təşkilatçıları sosial şəbəkə hesablarında açıqlama veriblər.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Ye-nin ölkəyə girişinə icazə vermədiyi üçün festivalı keçirmək mümkün olmayıb.

Qeyd edək ki, hip-hop yönümlü festivalın 10–12 iyul tarixlərində Londonun şimalında yerləşən Finsberi parkında keçirilməsi planlaşdırılırdı və əsas səhnədə Kanye Uest olmalı idi.

Məlumata görə, reperin ölkəyə girişinə qadağa onun səsləndirdiyi antisemit fikirlərlə bağlı yaranmış siyasi qalmaqal fonunda tətbiq olunub. Aprelin 6-da Uest elektron icazə vasitəsilə ölkəyə daxil olmaq üçün müraciət etsə də, bu müraciət sonradan rədd edilib. Səbəb kimi onun iştirakının ictimai maraqlara uyğun olmadığı göstərilib.

Kanye Uest daha əvvəl də antisemit açıqlamalarına, o cümlədən Adolf Hitler barədə səsləndirdiyi fikirlərə görə ciddi tənqid olunmuşdu. Bildirilir ki, o, ötən il nasist salamı olan mahnı yayımlayıb və daha əvvəl saytında svastika təsvirli geyim reklamı yerləşdirilib.

Həmçinin qeyd olunur ki, "Pepsi" şirkəti də daha əvvəl Kanye Uestin iştirak etdiyi festivalın sponsorluğundan imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
axsam.az

3Mənbələr