AZ

Mers və Tramp NATO nun gələcəyini və İran məsələsini müzakirə ETDİ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Almaniya Kansleri Fridrix Mers və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı NATO-nun gələcəyi, onun qorunub saxlanılması və birliyinin təmin edilməsi müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən "Spiegel" nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, söhbət Mersin təşəbbüsü ilə baş tutub və qısa, lakin məzmunlu olub: siyasətçilər İrandakı atəşkəsi və "transatlantik münasibətləri" müzakirə ediblər.

Almaniya kansleri ABŞ prezidenti ilə "əvvəllər yaxşı olan", lakin Almaniyanın Hörmüz boğazının güc yolu ilə açılmasını dəstəkləməkdən imtina etməsi səbəbindən ciddi zərər görən münasibətlərini bərpa etməyə çalışıb.

"Spiegel" nəşri iddia edir ki, Almaniya hakimiyyəti NATO-dakı parçalanmanın dərinləşməsinə hər vəchlə mane olmağa çalışır, çünki ABŞ-ın hərbi dəstəyini almaqda və Vaşinqtonun Ukraynaya yardımda iştirakında maraqlıdırlar.

Nəşrin proqnozuna görə, Mers yaxın günlərdə Vaşinqtonla münasibətləri düzəltmək üçün növbəti cəhdini edə bilər.

Xatırladaq ki, bu yaxınlarda Tramp NATO-nu tənqid edərək hərbi bloku "kağız pələng" adlandırmışdı. O iddia etmişdi ki, rusiyalı həmkarı Vladimir Putin Şimali Atlantika Alyansının zəifliyindən xəbərdardır, ona görə də bu birlik onu qorxutmur.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
redaktor.az

2Mənbələr