ain.az bildirir, Azxeber.com portalına istinadən.
İran aprelin 10-da İslamabadda ABŞ ilə keçirilməsi planlaşdırılan danışıqlarda yalnız Livanda atəşkəs olacağı təqdirdə iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə "The Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livana qarşı təcavüz davam edəcəyi təqdirdə cavab zərbələri endirəcək.
"Biz sazişləri pozan ABŞ-ni və İsraili qətiyyətlə xəbərdar edirik: əgər Livana qarşı təcavüz dərhal dayandırılmasa, biz öz borcumuzu yerinə yetirəcək və regiondakı bədxah işğalçılara cavab verəcəyik", - deyə onun bəyanatında bildirilir.
Elan edilmiş atəşkəsdən sonra İsrail Müdafiə Ordusu (SAXAL) əmrlərə uyğun olaraq İrana hücumları dayandırdığını, lakin Livan ərazisində "Hizbullah" qruplaşmasına qarşı döyüş əməliyyatlarını davam etdirdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, "Hizbullah" səbəbindən Livan İranla əldə olunan sövdələşməyə daxil edilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.