İngiltərənin Çempionşipində çıxış edən "Lester" klubunun 6 xalının silinməsi ilə bağlı apellyasiya şikayəti rədd edilib.
QOL.az xəbər verir ki, hazırda 22-ci pillədə qərarlaşan Midlends təmsilçisi təhlükəsiz zonadan cəmi 1 xal geri qalır. Mövsümün qalan 5 oyununda vəziyyəti düzəldə bilməsə, klub üçüncü diviziona düşə bilər.
Qeyd edək ki, təxminən 10 il əvvəl Premyer Liqanın qalibi olan "Lester" ötən mövsüm elitadan aşağı düşüb və maliyyə qaydalarını pozduğu üçün bu ilin əvvəlində 6 xalı silinib.
Premyer Liqa tərəfindən yayılan bəyanatda bildirilir ki, Müstəqil Apellyasiya Şurası bu mövsüm "Lester"in 6 xal itirməsi ilə bağlı qərarı qüvvədə saxlayıb. Klub isə qərarı qəbul etdiyini və diqqətini növbəti matçlara yönəltdiyini açıqlayıb.