AZ

“Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb

Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığıyla “Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün seminara start verilib.

Apasport.az xəbər verir ki, təlim proqramını uğurla başa vuran məşqçilər “Üzməyi Öyrənək” layihəsi çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçəcəklər.

Layihənin əsas məqsədi üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Proqram uşaqlarda suya uyğunlaşmanı, habelə ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Eyni zamanda, perspektivli idmançıların müəyyənləşdirilməsi layihənin əsas məqsədləri sırasındadır.

Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo keçirir. 

Paraüzgüçümüz Dünya seriyasında gümüş medal qazanıb

Paraüzgüçülərimiz Dünya seriyasının Barselona mərhələsində

Təmsilçimiz İspaniya turnirinə yollanacaq

Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub

Çin Qran-prisinin qalibi müəyyənləşib

Seçilən
41
10
apasport.az

10Mənbələr