AZ

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
29
5
azertag.az

9Mənbələr