ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin bölgədə artan diplomatik fəallığı ABŞ-İran gərginliyi fonunda yeni detallarla diqqət çəkir. Belə ki, Ankara mümkün eskalasiyanın qarşısını almaq üçün aktiv müdaxilə edib. Bəs Türkiyənin bu prosesdə rolu nə dərəcədə həlledici olub?
Globalinfo.az bildirir ki, “Reuters” аgentliyinin məlumatına görə, Türkiyə kürd qüvvələrinin İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirakının qarşısını almaqda mühüm rol oynayıb.
Məlumata əsasən, Hakan Fidan ABŞ-a xəbərdarlıq edərək bildirib ki, kürd silahlı qruplarına İrana hücum etməyə icazə verilməsi yalnız Tehran üçün deyil, həm də Türkiyə və Suriyaya ciddi destabilizasiya riski yarada bilər.
Türkiyə tərəfinin bu xəbərdarlıqları Vaşinqton üzərində təzyiqi artırıb. Nəticədə ABŞ administrasiyası kürd qüvvələrinin quru əməliyyatlarında iştirakına dəstək verməmək qərarına gəlib.
Ekspertlər hesab edirlər ki, bu addım regionda daha genişmiqyaslı qarşıdurmanın qarşısını almağa yönəlib və Türkiyənin təhlükəsizlik maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.