AZ

Müharibə dayandı, daha bir ölkə hava məkanını açdı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bəhreyn Krallığının hava məkanı uçuşlar üçün yenidən açılıb.

Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Mülki Aviasiya İdarəsi bəyanat yayıb.

Bildirilib ki, hava hərəkətinin fasiləsizliyini təmin etmək və ən yüksək təhlükəsizlik standartlarına riayət etmək məqsədilə müvafiq qurumlarla davamlı koordinasiya aparılır.

Qeyd edək ki, İran və ABŞ arasında bu gün atəşkəs razılaşmasının əldə olunmasından dərhal sonra İraq bütün hava limanlarında uçuşların bərpa edildiyini açıqlamışdı.

Körfəz ölkələrinin hava məkanı İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları başlayandan sonra (28 fevral) bağlanmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
axar.az

1Mənbələr