AZ

Bu evlər hər an uça bilər Xəbərdarlıq

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Fərdi yaşayış evlərinin tikintisi zamanı texniki tələblərə əməl olunmaması ilə bağlı narahatlıqlar artır. Xüsusilə bünövrənin düzgün qurulmaması, torpaq analizinin aparılmaması və keyfiyyətsiz materiallardan istifadə edilməsi gələcəkdə ciddi risklər yarada bilər. Bu cür nöqsanlar tikilinin dayanıqlığını zəiflədərək çatlar, çökmələr və hətta qəza halları ilə nəticələnə bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən memar Muxtar Ərturan bildirib ki, fərdi yaşayış evlərinin tikintisi zamanı texniki tələblərə əməl olunması vacib şərtdir. "Çünki burada əsas məsələ insanların həyat təhlükəsizliyi və tikilinin dayanıqlığıdır. Lakin təəssüf ki, fərdi yaşayış evlərinin tikintisində bu tələblərə əksər hallarda əməl olunmur. Ən sadə nümunə kimi, tikintidən əvvəl aparılmalı olan topoqrafik və geoloji araşdırmaların çox vaxt ümumiyyətlə həyata keçirilmədiyini göstərmək olar. Nəticədə, kim harada və necə istəyirsə, əsasən də daha ucuz başa gəlməsi üçün ev tikdirir və bu da son dövrlərdə müşahidə etdiyimiz problemlərlə nəticələnir".Ekspert bildirib ki, son yağışlar zamanı bunun bariz nümunəsini gördük: "Qaydalara əməl olunmadan, torpaq xüsusiyyətləri öyrənilmədən tikilən evlər su basması və digər ciddi problemlərlə üzləşdi. Bu kimi hallar bəzən faciəvi nəticələrə qədər gətirib çıxara bilər. Təhlükəsizlik baxımından digər mühüm amil isə tikinti zamanı keyfiyyətsiz inşaat materiallarından istifadə olunmasıdır. Betonun keyfiyyətinin aşağı olması, düzgün marka seçilməməsi, armaturun keyfiyyətsiz və ya standartlara uyğun olmayan materialdan hazırlanması tikilinin dayanıqlığını ciddi şəkildə zəiflədir. Təəssüf ki, Azərbaycanda tikilən fərdi yaşayış evlərinin böyük hissəsi bu baxımdan keyfiyyət tələblərinə cavab vermir".Onun sözlərinə görə, bundan əlavə, bünövrənin möhkəmliyi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bünövrənin dayanıqlığı yalnız beton və armaturdan asılı deyil, əsasən torpağın xüsusiyyətləri, xüsusilə də qrunt sularının səviyyəsi və geoloji quruluşu ilə müəyyən olunur. Bu məlumatlar olmadan hansı materialdan istifadə ediləcəyini düzgün müəyyənləşdirmək mümkün deyil. Təəssüf ki, həm Bakıda, həm Abşeron yarımadasında, həm də digər bölgələrdə çox sayda fərdi evlər kustar üsulla tikilir. Bu tikililər zahirən cəlbedici görünsə də, daxili quruluşunda ciddi nöqsanlar mövcud olur və bu da gələcəkdə təhlükəli vəziyyətlərə səbəb ola bilər".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr