Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran nümayəndələri ABŞ tərəfinə mümkün sülh razılaşması üzrə danışıqların əsasını təşkil edən yenidən işlənmiş plan təqdim ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livit mətbuat brifinqində məlumat verib.
Mətbuat katibi qeyd edib ki, İranın daha əvvəl irəli sürdüyü 10 maddəlik ilkin plan ABŞ Prezidenti Donald Tramp və onun komandası tərəfindən qeyri-ciddi hesab edilərək tamamilə rədd olunub. Livitin sözlərinə görə, yalnız ABŞ ordusunun zərbələri və verilən ultimatumdan sonra Tehran reallığı qəbul edərək daha ağlabatan təkliflərlə çıxış edib:
"Onlar prezidentə və onun komandasına tamamilə fərqli və daha qısa bir plan təqdim etdilər. Prezident Tramp bu yeni planın ABŞ-nin öz 15 maddəlik təklifi ilə uyğunlaşdırılması və danışıqların davam etdirilməsi üçün işlək bir əsas olduğu qənaətinə gəlib".
Livit vurğulayıb ki, Vaşinqton administrasiyası üçün ən mühüm şərtlərdən biri Hörmüz boğazının gəmiçilik üçün tam açıq olmasıdır. O bildirib ki, danışıqlar qrupu yaxın iki həftə ərzində məhz bu məsələyə – boğazın heç bir məhdudiyyət və gecikmə olmadan açıq qalmasına fokuslanacaq.
"Prezident yalnız ABŞ maraqlarına tam uyğun gələn bir razılaşmanı imzalayacaq", — deyə mətbuat katibi əlavə edib.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.