Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərinin 10 apreldə Pakistana gələcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, ABŞ nümayəndə heyətinə vitse-prezident C.D. Vens, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner daxil olacaq.
7 apreldə ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İki tərəf arasında vasitəçi olan Pakistanın Baş naziri onları 10 apreldə danışıqlara çağırıb.