08 aprel 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı rayonunun Xırmandalı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun məzarında aparılan təmir-bərpa işləri ilə yerində tanış olub.
Baxış zamanı görülən işlərin gedişi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, şəhidin məzarının abadlaşdırılması, ərazinin yenidən qurulması və ətraf mühitin səliqəyə salınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Rayon rəhbəri şəhidlərin xatirəsinin əziz tutulmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu cür layihələrin yüksək səviyyədə icrasının vacibliyini qeyd edib. O, həmçinin görülən işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların məzarlarının və abidələrinin qorunub saxlanılması istiqamətində Masallı rayonunda ardıcıl tədbirlər həyata keçirilir.