AZ

“Sabah” Çempionlar Liqasında ilkə imza atdı!

Azərbaycanın gənc basketbolçuları Bosniya və Hersoqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

“Sabah”ın U-18 komandası B qrupunun ikinci turunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” klubunu 72:61 hesabı ilə məğlub edib.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Seçilən
20
8
football-plus.az

10Mənbələr