
Avropa Komissiyasının rəsmisi Anna-Kaisa İtkonen ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, Avropada yüksək enerji qiymətlərinin yaxın gələcəkdə enməyəcəyini bildirib.
AFN.az xəbər verir ki, İtkonen Brüsseldə keçirdiyi gündəlik mətbuat konfransında ABŞ-İran atəşkəsinin Avropanın enerji tədarükünə təsirləri barədə açıqlama verib.
Hazırda yüksək enerji qiymətlərinə səbəb olan müharibə böhranının qısamüddətli olacağına dair hər kəsi xəbərdar edən İtkonen, prosesin hələ davam edəcəyini vurğulayıb. Aİ-nin Hörmüz boğazından enerji tədarükünə toxunan rəsmi nümayəndə qeyd edib ki, Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalının təxminən 8,5 faizi bu boğazın payına düşür.
Xam neft və neft məhsulları üzrə bu göstərici 7 faiz civarındadır və təchizat əsasən İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən həyata keçirilir. Reaktiv yanacaq və dizel idxalında isə Hörmüz boğazının əhəmiyyəti daha yüksəkdir – təxminən 40 faiz səviyyəsindədir. İtkonen əlavə edib ki, qlobal miqyasda daşınan neft və LNG-nin ümumi həcminin 20 faizi məhz bu strateji nöqtədən keçir.