AZ

Dövlət qurumları arasında şahmat turniri keçirildi

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Aprelin 8-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib

Futbolpress.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş İştirak edib.

Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurublar.

Kişilər arasında Sənan Quliyev (“Azərbaycan Dəmir Yolları” QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
futbolpress.az

2Mənbələr