AZ

İbrahim Tatlıses əməliyyat olunacaq

İstanbulda Reanimasiya şöbəsində müalicəsi davam edən məşhur türkiyəli müğənni İbrahim Tatlıses əməliyyat olunacaq.

"Yeni Sabah" xəbər verir ki, sənətçinin aprelin 11-də öd kisəsindən əməliyyat olunması planlaşdırılır.

Həmin vaxta qədər həkimlər İ.Tatlısesin orqanizmindəki kəskin infeksiyanı nəzarət altına almağa çalışacaqlar. Qeyd olunur ki, sənətçi ağır virus infeksiyasına yoluxub.

Xatırladaq ki, məşhur müğənni xaricdəki konsert proqramından qayıtdıqdan sonra İstanbuldakı evində özünü qəfil pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Hazırda sənətçinin müalicəsi mütəxəssislər tərəfindən ciddi nəzarətdə saxlanılır./Oxu.az


Telegram kanalımız
Seçilən
38
7
yenisabah.az

9Mənbələr