AZ

İsraildən Livana ağır zərbə ölü sayı 100 ü, yaralı sayı isə 800 ü ötüb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu günorta saatlarında Livanın paytaxtı Beyrut və ölkənin şərq və cənub hissələrinə əvvəlcədən xəbərdarlıq etmədən eyni vaxtda təxminən 100 hava hücumu təşkil edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, İsrailin martın 2-dən etibarən Livana qarşı həyata keçirdiyi ən şiddətli hücum olub.

Livanın səhiyyə naziri Reken Nasreddin “Əl-Cəzirə” kanalına verdiyi açıqlamada bildirib ki, hücumlar nəticəsində ölənlərin sayı 100-ü keçib:

"Livanda çox təhlükəli bir eskalasiya ilə qarşı-qarşıyayıq. İsrailin hücumları paytaxtımız Beyrut və Dahiyə ilə yanaşı, Bekaa vadisi, Livan dağı və cənub bölgələrində də günahsız vətəndaşları hədəf alıb”.

İsrailin eyni vaxtda həyata keçirdiyi hücumlarda xəstəxanalar, təcili yardım maşınları və təcili tibbi yardım mərkəzlərinin də hədəf alındığını bildirən səhiyyə naziri, ilk məlumatlara görə 112 nəfərin həyatını itirdiyini, ən azı 837 nəfərin isə yaralandığını bildirib.

İsrailin hücumlarının miqyası və intensivliyi qarşısında səhiyyə sisteminin artan ehtiyaclarını vurğulayan Reken Nasreddin deyib:

"Biz Livanın səhiyyə sisteminə təcili beynəlxalq humanitar yardımın göstərilməsinə çağırırıq. Təcili tibbi ləvazimatlar, cərrahi avadanlıqlar və dərman vasitələrini təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu kimi beynəlxalq tərəfdaşlarımız və dost ölkələrimizlə daimi əlaqə saxlayırıq".

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
525.az

1Mənbələr