AZ

İspaniyadan AB-yə sərt çağırış: İsraillə sazişi dərhal dondurulsun

İspaniyanın baş naziri Pedro Sançes Avropa İttifaqını İsraillə tərəfdaşlıq münasibətlərini dərhal dayandırmağa çağırıb. Musavat.com xəbər verir ki, Sançes Benjamin Netanyahu hökumətinin Livana qarşı əməliyyatın başlanğıcından bəri ən sərt hücumları həyata keçirdiyini bildirib.

Baş nazir vurğulayıb ki, insan həyatına və beynəlxalq hüquqa bu cür yanaşma qəbuledilməzdir. Onun sözlərinə görə, Livan da atəşkəs rejiminə daxil edilməli, beynəlxalq ictimaiyyət bu addımları açıq şəkildə pisləməlidir.

Sançes əlavə edib ki, Avropa İttifaqı İsraillə Assosiasiya Sazişini dərhal dondurmalı və bu cür hərbi əməliyyatların cəzasız qalmasına imkan verməməlidir. O, Aİ-nin konkret və prinsipial mövqe ortaya qoymasının vacibliyini xüsusi vurğulayıb.

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr