AZ

Beyləqanda zəncirvari qəza – Xəsarət alan var – FOTO

Beyləqan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki “VAZ-2107” və bir “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin — 1990-cı il təvəllüdlü Fariz Qardaşxanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avtoqəza hadisəsi səbəbilə 1 nəfər (kişi)  Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1990-cı il təvəllüdlü şəxsə alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin kəsilmiş açıq yarası və sol dizin sıyrılmış yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib./Qafqazinfo/

 

 


Seçilən
20
3
nocomment.az

9Mənbələr