AZ

Gürcüstanda 9 Aprel hadisələrinin 37 ci ildönümü qeyd olunur

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tbilisi, 9 aprel, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə 1989-cu il aprelin 9-da baş verən faciənin 37-ci ildönümü ilə əlaqədar "Azadlıq uğrunda mübarizə davam edir!" şüarı ilə aksiya keçirilir.

AZƏRTAC xəbər verir ki, iştirakçılar Rustaveli prospektindəki parlamentin binası qarşısında toplaşıblar. Onlar gecəni 9 Aprel xatirə abidəsinin yanında keçirməyi planlaşdırırlar. Gecə boyunca müxtəlif tədbirlərin təşkili planlaşdırılır.

Abidənin yaxınlığında 9 Aprellə bağlı filmin nümayişi üçün ekran quraşdırılıb.

Saat 04:00-da isə faciə qurbanlarının xatirəsi yad olunacaq.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet qoşunları Tbilisidə dinc etiraz mitinqini dağıdıb. Bu zaman 21 nəfər həlak olub, yüzlərlə insan tərkibi məlum olmayan qazdan zəhərlənib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
azertag.az

3Mənbələr