Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sandıqlar ilk dəfə ağacdan və ya toxunmuş qamışdan hazırlanıb. Sandıqların tarixi eramızdan əvvəl 3000-ci ilə gedib çıxır.
Tarix boyu sandıqlar müxtəlif məqsədlər üçün və müxtəlif formalarda istifadə edilib. Qədim Misirdə onlar parça, silah və qiymətli əşyaları saxlamaq üçün istifadə olunurdu. Tarixə görə, orta əsrlərdə sandıqlar taxtadan yonulur və bəzi evlərdə hətta oturaca kimi də istifadə olunurdu.
Eramızdan əvvəl 3000-ci illərə qədər ağacdan və ya toxunmuş qamışdan hazırlanmış sandıqlar incə parça, silah, qida və qiymətli əşyaları saxlamaq üçün istifadə olunurdu.
Eramızdan əvvəl 1570-ci illərdə qısa ayaqlı sandıqlar da dəbdə olub. Bununla yanaşı, 13-cü əsrdə oyma taxta sandıqlar və oyma dəmir sandıqlar da istehsal olunurdu.
Tarix boyu sandıqlar yavaş-yavaş sıradan çıxsa da, bu gün Azərbaycanda sandıq ustaları var. Əsasən cənub zonasında olan bu ustalar taxta sandıqlar hazırlayırlar.
Düzdür, bu gün heç kim sandıq almağa və ya cehizinə sandıq əlavə etməyə maraqlı deyil. Amma kiçik sandıqlara bəzən maraq olur.
Qeyd edək ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində müxtəlif dövrlərə aid olan sandıqlar nümayiş etdirilir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.