AZ

Azərbaycanlı milyarder Sankt Peterburqda hotel kompleksinin sahibi oldu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Sankt-Peterburq şəhərində "Nikolskiye ryadı" ASC-nin yeni sahibi azərbaycanlı milyarder Əsabil Qasımovla ("Karat Holding" aqrar şirkətinin sahibi) əlaqəli qurumlar olub. Alıcılar arasında Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC (60%) və Taleh Qasımovun sahibi olduğu "Ekspo" MMC (40%) daxildir.

Oxu.Az xəbər verir ki, bu barədə "RBC Peterburq" "Nikolskiye ryadı"nın 2025-ci il üçün maliyyə hesabatına istinadən yazır.

Daha əvvəl cəmiyyətin səhmdarı Kiprdə qeydiyyatdan keçmiş şirkət olub. Obyekt Andrey Yakuninin "Venture Investment and Yield Management" fondunun aktivlər portfelinə daxil idi. Son alıcının adı uzun müddət ictimaiyyətdən gizli saxlanılıb.

Nəşrin rəyini soruşduğu daşınmaz əmlak bazarı ekspertlərinin qiymətləndirmələrinə görə, "Nikolskiye ryadı"nın alışı üzrə əməliyyatın dəyəri üç milyard (64.9 milyon manat) ilə 3.5 milyard rubl (75.7 milyon manat) arasında dəyişir. Analitiklər vurğulayırlar ki, bu əməliyyat Sankt-Peterburqun hotel bazarında 2025-ci il ərzində ən əhəmiyyətli və iri əməliyyatlardan biri olub.

Qeyd edək ki, "Nikolskiye ryadı" kompleksi Sankt-Peterburqun Sadovaya küçəsində yerləşir. Obyektin sahəsi 27 900 kv.m təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
2
oxu.az

3Mənbələr