AZ

Kişilərdə keçəllik: Niyə və necə qarşısını almaq olar?

Kişilərdə saç tökülməsi, yəni androgenetik alopesiya, əsasən dihidrotestosteron (DHT) hormonunun başın ön və tac nahiyəsində saç follikullarını incəltməsi ilə əlaqədardır. 

Day.Az beynəlxalq araşdırmalara istinadən xəbər verir ki,  testosteronun yüksəkliyi burada əsas səbəb deyil, DHT follikulları genetik olaraq həssas olan kişilərdə saç dövrlərini qısaldır və saçın qalınlığını azaldır. 

Başın arxa və gicgah bölgəsində follikullar isə DHT-yə davamlı olduğundan saçlar uzun müddət qalır.

Genetika keçəlliyin əsas rol oynayan faktorudur. Əsas gen androgen reseptorunun X xromosomunda yerləşir, amma atasından gələn autosomal genlər də əhəmiyyətlidir.

Müasir tədqiqatlar keçəlliklə əlaqəli 280-dən çox gen lokusunu müəyyən edib, buna görə də "keçəllik yalnız anadan gəlir" fikri yanlışdır. Saç tökülməsi Hamilton-Norwood şkalası ilə mərhələlərə bölünür və adətən 20-25 yaşdan sonra başlayır, proses isə fasilələrlə irəliləyə bilər.

Keçəlliyi sürətləndirən digər faktorlar siqaret çəkmək, vitamin və mineralların çatışmazlığı, piylənmə və metabolik sindromdur. Papaq geymək, tez-tez saç yumaq və ya stress əsas səbəb deyil, yalnız mövcud meyli sürətləndirə bilər.

Seçilən
71
day.az

1Mənbələr