AZ

İraq Hava Yolları daxili və beynəlxalq uçuşların bərpasını elan edib

Bakı. Trend:

İraq Hava Yolları daxili və beynəlxalq uçuşların mərhələlişəkildə bərpasını elan edib.

Trend xəbər verir ki, bubarədə şirkətin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, milli aviadaşıyıcının uçuşları cari ilin aprelin10-dan etibarən yenidən həyata keçiriləcək. Bu addım daxili vəbeynəlxalq hava nəqliyyatının tənzimlənməsi, həmçinin bütün texnikivə əməliyyat tələblərinin tamamlanmasından sonra atılır.

Şirkətin baş direktoru Manaf Əbdülmunim Acil bildirib ki,birinci mərhələdə paytaxt Bağdad ilə Ərbil, Süleymaniyyə və Bəsrəşəhərləri arasında daxili reyslər təşkil olunacaq. Bununla yanaşı,İstanbul, Qahirə və Amman istiqamətlərinə beynəlxalq uçuşların dabərpası planlaşdırılır.

Eyni zamanda vurğulanıb ki, əməliyyat şəraitinin davamlıqiymətləndirilməsi və aidiyyəti qurumlarla koordinasiyaçərçivəsində digər istiqamətlər üzrə uçuşların da mərhələli şəkildəbərpası nəzərdə tutulur.

Şirkət sərnişinləri biletlərin rəsmiləşdirilməsi üçün rəsmisatış ofislərinə müraciət etməyə və ya elektron bron xidmətlərindənistifadə etməyə çağırıb.

Seçilən
56
3
az.trend.az

4Mənbələr