AZ

ABŞ Prezidenti NATO-nun Baş katibinə müttəfiqlərdən məyus olduğunu bildirib

Bakı, 9 aprel, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə qapalı keçirilən görüşdə müttəfiqlərdən məyus olduğunu deyib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi məlumat verib.

"Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər Avropa ölkələrinin onu dəstəklədiyini söylədim", - deyə Mark Rutte əlavə edib.

ABŞ Prezidenti isə sosial media hesabında paylaşım edərək yazıb: "NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac duysaq da, olmayacaq".

Qeyd edək ki, ABŞ Prezidenti və NATO-nun Baş katibi arasında Ağ Evdə qapalı görüş keçirilib. Görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib. Görüşün yekunları barədə açıqlama verilməyib.

Seçilən
45
4
azertag.az

5Mənbələr