AZ

ABŞ neft şirkətləri Hörmüz boğazı üçün rüsum planına qarşı çıxıblar

Politico: Şirkətlər İranın tələbinin qlobal enerji qiymətlərini yüksəldəcəyini və təhlükəli presedent yaradacağını istisna etməyib...

Poliqon xəbər verir ki, Politico nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-nin aparıcı neft şirkətlərinin rəhbərləri İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməsinə icazə verilməsi ehtimalına qarşı çıxaraq ABŞ administrasiyasına rəsmi etirazlarını bildiriblər. Bu tələbin mümkün sülh danışıqlarının şərti kimi irəli sürüldüyü qeyd olunur.

Neft sənayesi nümayəndələrinin fikrincə, İranın bu təşəbbətinə razılıq verilməsi hər bir neft daşınması üçün təxminən 2,5 milyon dollar əlavə xərc yaradacaq. Bu xərclərə həm birbaşa keçid rüsumları, həm də artacaq sığorta tarifləri daxildir və nəticədə bu yük son istehlakçıların üzərinə düşəcək. Şirkətlər hesab edir ki, bu addım qlobal enerji bazarında qiymətlərin artmasına və tədarük zəncirində əlavə gərginliyə səbəb ola bilər.

Bundan əlavə, sənaye nümayəndələri xəbərdarlıq ediblər ki, İranın boğaz üzərində bu cür nəzarət imkanları əldə etməsi digər strateji boğazlara sahib ölkələr üçün də presedent yarada bilər. Bu kontekstdə Sinqapur və Türkiyə kimi ölkələrin oxşar rüsum mexanizmləri tətbiq etməsi ehtimalı istisna edilmir ki, bu da beynəlxalq ticarət marşrutlarına uzunmüddətli təsir göstərə bilər.

Mənbənin sözlərinə görə, şirkətlər narahatlıqlarını ABŞ prezidenti Donald Trampa da çatdırıblar, lakin bu mesaj daha yumşaq diplomatik tonda təqdim olunub. Bununla belə, sektor daxilində ciddi narahatlıq qalmaqdadır və qərarın strateji nəticələri diqqətlə qiymətləndirilir.

Ağ Evin mətbuat katibi Karolayn Levitt isə bildirib ki, administrasiya İran tərəfindən irəli sürülən təkliflər üzərində işləyir və daha “məntiqli” variantların formalaşdırılmasına çalışır. O, Donald Trampın İranın bütün tələblərini qəbul edəcəyi ehtimalını “absurd” adlandırıb və Vaşinqtonun maraqlarını qoruyacaq qərarların prioritet olduğunu vurğulayıb.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr