AZ

9 Aprel hadisələrinin 37-ci ildönümü

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın paytaxtı Tbilisidə 1989-cu il aprelin 9-da baş verən faciənin 37-ci ildönümü ilə əlaqədar "Azadlıq uğrunda mübarizə davam edir!" şüarı ilə aksiya keçirilir.

Hafta.az xəbər verir ki, iştirakçılar Rustaveli prospektindəki parlamentin binası qarşısında toplaşıblar.

Onlar gecəni 9 Aprel xatirə abidəsinin yanında keçirməyi planlaşdırırlar. Gecə boyunca müxtəlif tədbirlərin təşkili planlaşdırılır.

Abidənin yaxınlığında 9 Aprellə bağlı filmin nümayişi üçün ekran quraşdırılıb.

Saat 04:00-da isə faciə qurbanlarının xatirəsi yad olunacaq.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet qoşunları Tbilisidə dinc etiraz mitinqini dağıdıb. Bu zaman 21 nəfər həlak olub, yüzlərlə insan tərkibi məlum olmayan qazdan zəhərlənib.

Seçilən
11
2
hafta.az

3Mənbələr