AZ

Azərbaycanlı milyarder Rusiyada böyük otel aldı

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən məşhur "Nikolskiye ryadı" kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov ilə əlaqəli şirkətlər olub.

BAKU.WS xəbər verir ki, aktivin alışı Qasımov ailəsinə bağlı iki şirkət arasında bölüşdürülüb.

Belə ki, Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC payın 60 faizini, Taleh Qasımovun sahibi olduğu "Ekspo" MMC isə 40 faizini əldə edib.

"RBC Peterburq"un yaydığı məlumata əsasən, bu sövdələşmə "Nikolskiye ryadı" ASC-nin 2025-ci il maliyyə hesabatında əks olunub. Bildirilir ki, kompleksin əvvəlki səhmdarı Kiprdə qeydiyyatdan keçmiş şirkət idi və obyekt bir vaxtlar Andrey Yakuninə bağlı investisiya fondunun aktivləri sırasında yer alıb. Son alıcının kimliyi isə uzun müddət gizli saxlanılıb.

Ekspertlərin qiymətləndirməsinə görə, sövdələşmənin dəyəri 3 milyarddan 3,5 milyard rubla qədər (təxminən 64,9–75,7 milyon manat) dəyişir. Analitiklər bu alışı 2025-ci ildə şəhərin hotel daşınmaz əmlak bazarında ən iri və diqqətçəkən əməliyyatlardan biri kimi dəyərləndirirlər.

Qeyd edək ki, "Nikolskiye ryadı" kompleksi şəhərin Sadovaya küçəsində yerləşir və ümumi sahəsi təxminən 27 900 kvadratmetrdir.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
18
baku.ws

10Mənbələr