AZ

NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi Tramp baş katibə məyusluğunu bildirdi

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə qapalı keçirilən görüşdə müttəfiqlərdən məyus olduğunu deyib.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi məlumat verib.

"Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər Avropa ölkələrinin onu dəstəklədiyini söylədim", - deyə Mark Rutte əlavə edib.

ABŞ Prezidenti isə sosial media hesabında paylaşım edərək yazıb: "NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac duysaq da, olmayacaq".

Qeyd edək ki, ABŞ Prezidenti və NATO-nun Baş katibi arasında Ağ Evdə qapalı görüş keçirilib. Görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib. Görüşün yekunları barədə açıqlama verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
redaktor.az

5Mənbələr