AZ

“Qalatasaray"dan sərt qərarlar

“Qalatasaray” rəhbərliyi çempion olmaq üçün bir sıra qərarlar qəbul edib. Metbuat.az xəbər verir ki, Super Liqada “Trabzonspor”a 1-2 hesabı ilə məğlub olduqdan sonra “Qalatasaray” rəhbərliyi müdaxilə edib. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, qərarlar, Noa Lang, Barış Alper Yılmaz və Mauro İkardi də daxil olmaqla 6 oyunçunu əhatə edir. Müqavilələri bitən oyunçular, transfer təklifləri alanlar və maaş artımı gözləyən oyunçularla bağlı bütün qərarlar mövsümün sonuna qədər təxirə salınıb. Müqaviləsi bitən Mauro İkardi, Noa Lang, Saşa Boey və Asprilla ilə bağlı qərarlar mövsüm bitdikdən sonra veriləcək.

Maaş artımı istəyən Lukas Torreira və Barış Alper Yılmaz kimi oyunçular üçün alınan transfer təkliflərinə də mövsümün sonunda cavablar veriləcək. Bundan əlavə, “Qalatasaray” rəhbərliyi mövsümün qalan oyunları üçün xüsusi bonus sistemi tətbiq edib. Bildirilib ki, rəhbərlik derbi xaricindəki matçlar üçün 2 milyon lirə bonus təklif etmək qərarına gəlib.

Seçilən
8
metbuat.az

1Mənbələr