Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü münasibətilə genişmiqyaslı anım mərasimi təşkil olunub.
Bizim.Media xəbər verir ki, mərasimdə çox sayda insan iştirak edib.
Dini ayinlər və xüsusi anım tədbirləri mərasimin əsas hissəsini təşkil edib.
Şəhərin mərkəzi küçələri və meydanları mərasim iştirakçıları ilə dolub, iştirakçılar mərhum liderin xatirəsini yad etmək üçün bayraqlar və portretlər gətiriblər.
Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta