Azərbaycan I Liqasında XXI tur davam edir.
Fanat.Az xəbər verir ki, turun son oyun günündə 3 matç keçiriləcək.
Turun mərkəzi qarşılaşmaları məhz bu gün baş tutacaq.
Premyer Liqaya can atan lider "Şəfa" ilə ən yaxın izləyicilərindən olan "Səbail" Binədə münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 15:00-da başlayacaq matçı elita hakimlərindən Fərid Hacıyev idarə edəcək.
Digər iki qarşılaşma yarım saat gec başlayacaq. İddialılardan "Mingəçevir" Şamaxıda autsayder "Şimal"ın qonağı olacaq. "Difai" isə Rahid Əmirquliyevin rəhbərlik etdiyi "Şahdağ Qusar" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Baku Sportinq” MOİK-i 3:1, “Cəbrayıl” isə “Zaqatala”nı 3:2 hesabı ilə üstələyib.
Azərbaycan I Liqası
XXI tur
9 aprel
“Şəfa” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 15:00
“Şimal” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30
“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 15:30
