Naxçıvan, 9 aprel, AZƏRTAC
Bu ilin ilk üç ayında muxtar respublika ərazisində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 68 yoxlama keçirilib və əksər qida obyektlərində pozuntular aşkar edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektində, 2-si məktəb bufetində, 3-ü aptekdə, 15-i isə emal müəssisələrində aparılıb. Ən çox pozuntular emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alınıb, bu səbəbdən qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb. Planlı və plandankənar yoxlamalar zamanı 50 qida obyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbehvermə qərarı qəbul edilib.
Müxbir- Nail Əsgərov