AZ

NATO-da qalmaqal: Bu ölkənin polkovniki Çin casusu çıxdı

Yunanıstan Silahlı Qüvvələrində xidmət edən yunan polkovnikin Çin casusu olduğu aşkarlanması NATO daxilində böyük qalmaqala səbəb olub.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, NATO mənbələrindən əldə edilən məlumata görə, məsləhət xidmətləri göstərən Malayziya mərkəzli bir şirkətin “LinkedIn” sosial media tətbiqi vasitəsilə polkovniklə əlaqə saxladığı müəyyən edilib.

Yunan polkovnikin Malayziya şirkəti tərəfindən təşkil edilən Çin səfərində iştirak etdiyi və bu səfər zamanı Çin kəşfiyyatı tərəfindən ələ alındığı məlum olub.

Çindəki görüşlərdən sonra polkovnikin Yunanıstanda Çin kəşfiyyat agentləri ilə də görüşlər keçirdiyi və NATO-nun gizli layihələri və çox vacib texnologiyaları haqqında məlumatları pul qarşılığında satdığı müəyyən edilib.

Seçilən
43
publika.az

1Mənbələr