AZ

İlham Əliyevin Gürcüstana səfəri:Cənubi Qafqazda strateji tərəfdaşlığın yeni mərhələsi

“Prezident İlham Əliyevin 2026-cı ilin aprelində Gürcüstana dövlət səfərini Cənubi Qafqaz üzrə qonşumuzla dövlətlərarası münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfəri, həmçnin Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakteri daşıdığını bir daha təsdiqləyən mühüm siyasi hadisə kimi də qiymətləndirmək olar”.

Redaktor.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Gürcüstana səfərinin yekunlarını şərh edərkən bildirib. O, hesab edir ki, səfərin yekunları bütövlükdə Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini sürətləndirən amil kimi nəzərdən keçirilməlidir.

Q.Əlibəyliyə görə dövlət başçısının gürcüstanlı həmkarı ilə təkbətək görüşündə də ifadə olunduğu kimi, dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradır. Gürcüstan rəhbərliyi tərəfindən Azərbaycana “dəyərli dost və əsas tərəfdaş” kimi qiymət verilməsi ölkəmizin geosiyasi nüfuzunun etirafıdır.

Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında belə ali səviyyədə dialoq Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri, qarşılıqlı olaraq maraq və mənafelərin təmin olunduğu və iqtisadi əhəmiyyətli strateji xarakter daşıyan çoxvektorlu layihələrin, o cümlədən nəqliyyat və enerji layihələrinin əhəmiyyətini daha da artıra bilər. Səfər həmçinin regional sabitlik və təhlükəsizlik məsələlərində hər 2 dövlətin fəaliyyətlərinin koordinasiyasının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Son nəticədə bu səfər Cənubi Qafqaz regionunda Azərbaycanın strateji rolunun daha da gücləndiyinin göstəricisidir.

Seçilən
25
redaktor.az

1Mənbələr