Bakıda tanınmış məkanlardan biri olan Nargilə kafesi ilə bağlı dəyişiklik gözlənilir.
News365.az-ın məlumatına görə, sözügedən ərazidə genişmiqyaslı yenidənqurma işlərinin aparılması planlaşdırılır və bu çərçivədə kafenin fəaliyyətinə son qoyula bilər.
Bildirilir ki, layihə yalnız bir obyektlə məhdudlaşmayacaq. Ramiz Quliyev küçəsində yerləşən bir sıra köhnə tikililərin də sökülərək ərazinin yenidən qurulması nəzərdə tutulur.
News365.az